Xəbər lenti

Yazıçılar Birliyinin qurultayı niyə təxirə salındı?
Ölkə06:17 24.10.2013

Yazıçılar Birliyinin qurultayı niyə təxirə salındı?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Yazıçılar Birliyinin (AYB) qurultayı bu il keçirilməyəcək.

Birliyin mətbuat xidmətinin rəhbəri Xəyal Rzanın APA-ya verdiyi məlumata görə, AYB-nin noyabrda keçirilməsi planlaşdırılan qurultayının vaxtı dəqiq olmayıb: “Həmin tarix dəqiq deyildi. Azərbaycan Yazıçılar Birliyinin qurultayı 2014-cü ilin ilk aylarında keçiriləcək. Bununla bağlı müəyyən işlər görülür və qurultaya ciddi hazırlıq işləri gedir”.

X.Rza əlavə edib ki, birliyin qurultayının bu il təxirə salınmasının müxtəlif səbəbləri var: “Azərbaycan Yazıçılar Birliyinin 1500-dən çox üzvü var. Bundan başqa, müxtəlif bölgələrdə təşkilatlarımız var. Bu qurultay əvvəlki qurultaylardan öz genişliyi ilə seçiləcək. Ona görə də katiblik qurultay üçün ən uyğun vaxtın 2014-cü ilin ilk ayları olduğunu düşünür”.

Xatırladaq ki, AYB-nin sonuncu qurultayı 9 il əvvəl - 2004-cü ilin mayında olub. Nizamnaməyə görə, qurultay hər 5 ildə bir dəfə keçirilməlidir.  

Qaynar.info