Yelo Bank kənd təsərrüfatı sektorunun maliyyələşdirilməsi və sahibkarlara dəstək məqsədilə İmişlidə keçirilən Aqrar Biznes Festivalında yer aldı. Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə baş tutan festival çərçivəsində "Dövlətin maliyyə mexanizmləri” mövzusunda geniş panel müzakirəsi keçirildi.
Paneldə çıxış edən Yelo Bank nümayəndəsi kənd təsərrüfatı sahəsində fəaliyyətgöstərən sahibkarları maraqlandıran suallara cavab verərək, kredit müraciətləri, faizdərəcələri və maliyyələşmə mexanizmləri haqqında ətraflı məlumat verdi. Fermerlərinbizneslərini böyütməsi üçün mövcud maliyyə həlləri və yeni imkanlar müzakirə olundu.
Festival çərçivəsində keçirilən "Kredit yarmarkası”nda isə Yelo komandası fermerlər və sahibkarlarla birbaşa görüşlər keçirərək, onların ehtiyaclarını dinlədi və potensial əməkdaşlıq imkanlarını müzakirə etdi.
Yelo Bank fermerlərə və aqrar sahədə fəaliyyət göstərən sahibkarlara dəstək göstərməyə, onların maliyyələşmə imkanlarını genişləndirməyə davam edəcək. Bankın
Yelo Bank – Parlaq bankçılıq!
Şərhlər