Yelo Bank-da
innovativ QR ilə ödəniş aktivdir!
Yelo Bank
rəqəmsal bankçılıq xidmətlərinin genişləndirilməsi istiqamətində növbəti
yeniliyini təqdim edir. Bankın həm POS terminallarında, həm də mobil bankçılıq
tətbiqi Yelo App-də QR ilə ödəniş funksiyası artıq aktivdir.
Sahibkarlar üçün yeni imkan!
Yelo Bank-ın POS terminallarından istifadə edən sahibkarlar əlavə cihaz almadan
QR ödənişləri qəbul edə biləcəklər. Kartı olmayan və ya limiti məhdud
müştərilər hesablarındakı vəsaitlə ödəniş edə bilirlər ki, bu da sahibkar üçün
nağdsız ödəniş həcmini artırır. Vəsait isə dərhal sahibkarın hesabına oturur.
Müştərilər üçün rahatlıq!
Bu yenilik yalnız sahibkarlar üçün deyil, fiziki şəxslər üçün də gündəlik
həyatın ayrılmaz hissəsinə çevriləcək qədər rahat və əlverişlidir. İstifadəsi
olduqca sadədir: alış-veriş zamanı kassada QR ödəniş seçildikdə POS terminalda
məbləğ daxil olunur və "QR ödəniş” funksiyası aktivləşdirilir. Formalaşan QR
kodu Yelo App-dəki skanner vasitəsilə oxutmaq kifayətdir. Xüsusilə qeyd edək
ki, müştəri ödənişi həm Yelo kartından, həm də bankdakı cari hesabından rahat
şəkildə həyata keçirə bilər.
Yelo Bank-ın məqsədi sahibkarların inkişafına dəstək olmaq və müştərilərə
innovativ bankçılıq həlləri təqdim etməkdir. Bu yenilik isə biznesin maliyyə
dövriyyəsini daha çevik edir və müştərilərə daha rahat ödəniş imkanı təqdim
edir.
Bankdan tez kredit əldə etmək
istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram, Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq
bankçılıq!
Şərhlər