Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım etmək istəyənlərin diqqətinə: Yelo Bank-a məxsus bank kartları ilə Türkiyə Fəlakət və Fövqəladə Hallar Agentliyinə (AFAD) ianə məqsədli bütün köçürmələr komissiyasız və vergisiz həyata keçiriləcək. Həmçinin, müştərilər filiallarda da AFAD-a köçürmələrini komissiyasız həyata keçirə biləcəklər.
Qeyd edək ki, bu qərar həm fiziki, həm də hüquqi şəxslərin ianələrinə şamil olunur. İanə etmək üçün bu linkə keçid edə bilərsiniz:
https://bit.ly/iane-et
Yelo Bank zəlzələ qurbanlarının ailələrinə və bütün Türkiyə xalqına başsağlığı verir, yaralılara şəfa diləyir.
Yelo Bank - Parlaq bankçılıq!