Xəbər lenti

Yelo Bank-ın daxili futbol çempionatı yekunlaşdı
Ekonomiks 11:30 03.07.2024

Yelo Bank-ın daxili futbol çempionatı yekunlaşdı

Yelo Bank-ın artıq üçüncü ildir ki, təşkil etdiyi "OLEY Cup" daxili futbol turniri Avropa Çempionatı qədər rəngarəng anlarla yadda qaldı. Turnirdə iştirak edən 13 komanda arasında bir-birindən maraqlı 39 oyun baş tutdu. Ötən həftə keçirilən möhtəşəm final oyunları ilə 3 aylıq mübarizəyə yekun vuruldu.
 
Belə ki, III yer uğrunda Bankın "Banker Leverkusen” və "Elmlər” komandaları qarşı-qarşıya gəlib və gərgin mübarizə "Elmlər” komandasının qələbəsi ilə başa çatıb. Sonra isə "Qaradağ” və "Maliyyə” komandaları çempionun kimliyinə aydınlıq gətirmək üçün meydana daxil olublar. Olduqca həyəcanlı və maraqlı keçən final oyununun sonunda "Qaradağ” komandası parlaq qələbə qazanıb və "OLEY Cup 2024” futbol turnirinin çempionu olub. Qaliblərə kubok, medallar və pul mükafatı təqdim edilib.
 
Qeyd edək ki, Yelo Bank əməkdaşları arasında komanda ruhununun yüksəldilməsinə xüsusi diqqət göstərir. İkinci dəfə keçirilmiş "OLEY Cup” futbol turniri növbəti illərdə də təşkil olunacaq.

Bankdan kredit goturmek istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram, Whatsappyelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->