Zəfər Günü xalqımızın şərəf və qürur günüdür. Bu tarixi gün münasibətilə Yelo Bank II Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailələrinə dəstək məqsədilə Xocavənd rayonunda sosial aksiya həyata keçirdi.
Aksiya çərçivəsində Qızıl Aypara Cəmiyyəti ilə birgə şəhid analarını ziyarət edərək, onlara bayram payı təqdim edilib. Bu təşəbbüs, Bankın sosial məsuliyyət strategiyasının bir hissəsi olaraq, şəhid ailələrinin hər zaman xalqımızın yaddaşında və qəlbində xüsusi yer tutduğunu bir daha vurğulayır.
Şəhidlərimizin ailələrinə dəstək göstərmək, onların yanında olmaq və bayram sevincini bölüşmək hər birimizin borcudur. Bu gün doğma torpaqlarımızda bayramı qeyd edə bilmək, qəhrəmanlarımızın fədakarlığı sayəsində mümkün olub.
Zəfərimizin 5-ci ilində bütün xalqımızı ürəkdən təbrik edirik!
"Yelo Bank” – Parlaq bankçılıq!
Şərhlər