Xəbər lenti

Yeni ABŞ-Çin ticarət müharibəsi qorxusu nefti ucuzlaşdırdı
Ekonomiks09:09 23.06.2020

Yeni ABŞ-Çin ticarət müharibəsi qorxusu nefti ucuzlaşdırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Son günlər güclü artımdan sonra neftin qiyməti yenidən düşüb. 
Qaynarinfo xəbər verir ki, iyunun 23-də səhər Brent markası 0,12% ucuzlaşaraq bir barelə görə 43,03 dollar olub. Bir gün əvvəl isə 2.11% artım qeydə alınmışdı. WTI markalı neft isə 0,34% ucuzlaşaraq 40,59 dollar/barelə düşüb. Bir gün əvvəl 2.3% artım olmuşdu.
Mütəxəssislər bildirir ki, qiymətlərin düşməsi Ağ Evin ticarət müşaviri Peter Navarronun ABŞ Prezidenti Donald Trampın Çinlə ticarət sazişini ləğv etmək qərarına gəldiyini deyəndən sonra baş verib. Bu arada o, Amerika xüsusi xidmət orqanlarının koronavirusun Çin laboratoriyasında ortaya çıxdığına inandığını vurğulayıb. Bununla belə, Tramp sonradan müqavilənin ləğvi xəbərini təkzib edib.
Alpər