Xəbər lenti

Yeni baş məşqçisi “Sumqayıt”ın hazırlıq planını müəyyənləşdirdi
İdman14:23 02.01.2022

Yeni baş məşqçisi “Sumqayıt”ın hazırlıq planını müəyyənləşdirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Sumqayıt” 3-cü dövrənin hazırlıqlarına yanvarın 5-də Sumqayıt şəhərində start verəcək.
Qaynarinfo klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda hazırlıq prosesinin ikinci mərhələsini Türkiyənin Antalya şəhərində keçirəcək.
Yanvarın 12-dən 23-dək Lara bölgəsində yerləşən "Aska Resort” otelində məskunlaşacaq "Sumqayıt” FK bu müddət ərzində 3 yoxlama oyununda qüvvəsini sınayacaq.
Rəqiblərin kimliyi barədə klubun media hesablarında məlumat veriləcək.
Ayxan Abbasovun gedişindən sonra komandanın baş məşqçi postuna bir neçə gün əvvəl belaruslu Aleksey Baqa təyin olunub.
Səbuhi Həsənov