Xəbər lenti

Yeni hərəkat yaradıldı
Ölkə10:59 24.05.2013

Yeni hərəkat yaradıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Azad Vətəndaş Uğrunda” Hərəkatı elan edilib. Hərəkatın təsis yığıncağı aprelin 5-də keçirilib. Bu barədə bu gün RATİ-nin Media Mərkəzində keçirilən təqdimat mərasimində bildirilib.  

Hərəkatın danışmanı Rəşid Mənsurov deyib ki, əsas strateji məqsəd insan hüquq və azadlıqları uğrunda mübarizədir. “Proqram məqsədimiz ədalətli cəmiyyət, şüarımız “Haqqına sahib ol!”-dur”. 

Hərəkat müxalifət mövqeyindədir və prezident seçkilərində iştirak edib-etməyəcəyini və ya hansısa namizədi dəstəkləyəcəyini yaxın zamanda müəyyən edəcək. 

Qurumu 9 nəfərlik İdarə Heyəti idarə edir, sədrlik institutu yoxdur. İdarə Heyətinə Rəşid Mənsurov (ADP sədrinin müavini), Cəmil Hacıyev (ADP sədrinin müavini), Kamran Hüseynov (Açıq Cəmiyyət Partiyasının (ACP) üzvü), Mirşahin Ağazadə (bitərəf), Çingiz Hümbətov (bitərəf), Fuad Hacıyev (NİDA), Nazim Vəliyev (ACP) , Elşad Abdullayev (bitərəf), Rüfət Abdullayev (NİDA) daxildir. Qərarlarını icrasını danışman (hazırda Rəşid Hacıyev) həyata keçirir.   

“Azad Vətəndaş Uğrunda” Hərəkatının hazırda 75 üzvü, 3 yerli təşkilatı (Binəqədi, Yasamal, Nərimanov təşkilatları) var. Yaxın zamanda digər rayonlarda yerli təşkilatlar yaradılacaq./contact.az/

Qaynar.info