Xəbər lenti

Yeni il gecəsi İranda içki içib, qadınlarla əylənən futbolçular həbs edildi
İdman08:05 02.01.2023

Yeni il gecəsi İranda içki içib, qadınlarla əylənən futbolçular həbs edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bir neçə iranlı futbolçu şənbə günü İranın paytaxtı Tehranda həbs edilib.
Qaynarinfo "Tasnim” agentliyinə istinadən xəbər verir ki, onlar qadınların olduğu Yeni il gecəsində içki içiblər.
Məlumata görə, aralarında Tehranın böyük futbol klublarından birinin keçmiş üzvünün də olduğu futbolçular ötən gecə Dəmavənd şəhərində qarışıq şənlikdə saxlanılıblar. Bəzi futbolçuların "spirtli içki qəbul etdikdən sonra adekvat vəziyyətdə olmadığı” qeyd edilib. Futbolçuların kimliyi və klublarının adları açıqlamayıb.
Qeyd edək ki, İranda spirtli içkilərin istehlakı və satışı qadağandır.
Aydın