Xəbər lenti

Yeni ildə 7 gün ardıcıl qeyri-iş günü olacaq
Ekonomiks08:04 28.11.2024

Yeni ildə 7 gün ardıcıl qeyri-iş günü olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İş və istirahət günlərinin yerləri dəyişdirilib.
Qaynarinfo xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.
Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib.
Qeyd edək ki, gələn il 4 və 5 yanvar şənbə və bazar günlərinə təsadüf edir. Beləliklə, bir həftə ardıcıl - 30 dekabr və 31 dekabr 2024-cü il, 1 yanvar, 2 yanvar, 3 yanvar, 4 yanvar və 5 yanvar qeyri-iş günü olacaq.