Xəbər lenti

Yeni imtahan modelinin layihəsi hazırdır (VİDEO)
Ölkə16:47 25.12.2017

Yeni imtahan modelinin layihəsi hazırdır (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hər ay dövlət qulluğuna qəbul imtahanları keçiriləcək.
Qaynarinfo "Xəzər TV"yə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Sədr bildirib ki, artıq 2 aydır bu prosesə start verilib.
Məleykə Abbaszadə 2019-cu ildə tətbiq ediləcək yeni imtahan modelindən də danışıb. O qeyd edib ki, layihə hazırdır və müvafiq qurumlara təqdim edilib.
Layihədə qəbul imtahanlarının bir neçə dəfə keçirilməsi məsələsi də öz əksini tapıb.
Layihə daha sonra təsdiqlənməsi üçün Nazirlər Kabinetinə təqdim ediləcək.