
Apple şirkətinin təqdim etdiyi yeni iPhone 5S və 5C bu gündən etibarən satışa çıxarılıb.
Qaynar.info xəbər verir ki, yeni iPhone-lar Avstraliya, ABŞ, İngiltərə, Almaniya, Kanada, Çin, Fransa və Yaponiya da alıcılara təqdim edilib.
Sözügedən məhsullar Apple-in internet səhifəsi ilə də satışa çıxarılıb.
Apple-nin Tokioda yerləşən mağazasının qarşısında yeni telefonu almaq istəyən yüzlərlə insan növbəyə düzülüb. Dünyanın bir çox şəhərlərində minlərlə insan gecədən etibarən mağazalar qarşısında gözləməyə başlayıblar.
Yeni iPhone 5S və 5C-lər heç bir müqavilə olmadan ABŞ-da 649 dollara, Avropada isə 699 avroya satılır.
Qaynar.info








