Xəbər lenti

Yeni iş yerləri niyə açılmır? - Ekspert
Ekonomiks 19:05 07.10.2023

Yeni iş yerləri niyə açılmır? - Ekspert

"Ölkədə iş yerləri məhduddur. Yeni iş yerləri yaradılmır".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçi ekspert Vahid Məhərrəmli deyib. Onun sözlərinə görə, mövcud iş yerlərində bu gün az sayda adamlar çalışır: 

"Əhali nisbətən artır. Artan əhaliyə iş yoxdur və bu böyük problemdir. Yeni müəssisələr, iş yerləri yaradılmır. Mövcud olan obyektlər - bisnes, sənaye müəssisələri genişləndirilmir”. 



Vahid Məhərrəmli bildirib ki, proses bir neçə il davam edəcək:
 
"Nə qədər ki, ölkədə biznes mühiti yaradılmayıb, müstəqil məhkəmə sistemi yoxdur, elə belə də davam edəcək. Mövcud olan iş yerlərinin bir hissəsi bağlanıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu il nə qədər iş yeri azalıb, nə qədər müəssisə bağlanıb”. 

Ekspert bunun səbəbini istehsal etdikləri məhsula tələbin olmamasıdır:

"Qohumlarını, yaxınlarını sənaye müəssisələrinə gətirib işə təmin ediblər, onlar işin öhdəsindən gələ bilmirlər. Bisnes elə sahədir ki, onunla bacaran adam məşğul olmalıdır. Belə olarsa, daha çox işçi qüvvəsinə ehtiyac olar”. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->