"Yeni Günəşli, Hava limanı, Qaraçuxur istiqamətində metro xətlərinin çəkilməsi ilə bağlı da təkliflər tez-tez səslənir. Metro ən ucuz və təhlükəsiz nəqliyyat vasitəsi hesab olunur. Eyni zamanda kütləvi və sürətli nəqliyyat vasitəsidir".
Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov Bakı-Sumqayıt və Lökbatan qəsəbəsinə çəkiləcək metro xətlərindən danışarkən deyib.
Lökbatan qəsəbəsində gəlincə, ekspert bildirib ki, Xocahəsən stansiyası inşa olunub və ondan mütəmadi olaraq istifadə olunur:
"Hətta səhər saatlarında tıxac olanda Xırdalandan gələnlər bu metrostansiyadan istifadə edirlər. Bunun özü tıxacın qarşısının alınmasına bir köməkdir. Bu yaxınlarda Bakı şəhərinin 2040-ci ili əhatə edən Baş Planı təqdim olunub. Orada Xırdalan və Lökbatan istiqamətində metro xəttinin çəkilməsi nəzərdə tutulmayıb".
Bunu nəzərə alan ekspert alternativ çıxış yolu kimi Xırdalan istiqamətindən yeni avtobus xətlərinin işə salınmasının vacibliyini olduğunu vurğulayıb:
"20 yanvar, Memar Əcəmi stansiyaları üzrə işləyən avtobuslar var, Xocahəsən istiqamətində də marşurut təşkil oluna bilər. Çox adam bimir ki, Xırdalandan Xocahəsənə maaşurut mövcuddur var, bundan məlumatsızdırlar. Yaxud da tam əksinə, Lökbatan qəsəbəsinə ən yaxın stansiya Sahil metrosu sayılır".
Qeyd edək ki, deputat Fəzail Ağamalı Milli Məclisdə keçirilən "Nəqliyyatın idarə edilməsində yeniliklər və çağırışlar" mövzusunda dinləmədə Bakı-Sumqayıt arasında metro stansiyasının tikilməsi təklif edib. Deputat həmçinin Lökbatana, Sədərək bazarı tərəfə metro stansiyasının çəkilməsinin də faydalı olduğunu deyib.
Bahar Rüstəmli