
"Apple"ın maraqla gözlənilən yeni telefonunun payızda təqdim olunacağı bəlli olub.
Qaynar.info-nun məlumatına görə, yeni "iPhone"un son modeli sentyabrın 10-da təqdim olunacaq.
"AllThingsD" texnologiya bloqu bu məlumatı şirkətdəki mənbələrin birindən aldığını bildirib.
Məlumatda deyilir ki, yeni "iPhone" daha böyük ekranlı, ucuz və fərqli rənglərdə olacaq. Yeni "iPhone"lar ilk olaraq ABŞ-da Şükran Günü və Yeni il öncəsi satışa çıxarılacaq.
Qaynar.info