Xəbər lenti

Yeni təhsil naziri kimdir?
Ölkə13:58 19.04.2013

Yeni təhsil naziri kimdir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qaynar.info "media forum"-a istinadən aprelin 19-da prezident İlham Əliyevin sərəncamı ilə təhsil naziri təyin olunan Mikayıl Cabbarovun tərcümeyi-halını təqdim edir.

Mikayıl Çingiz oğlu Cabbarov 1976-cı il sentyabrın 19-da Bakıda doğulub. 

Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib.

ABŞ-da Sakramento şəhərindəki hüquq məktəbində, daha sonra Azərbaycan Dövlət İqtisadiyyat Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb.

Nyu-York şəhərinin Vəkillər Kollegiyasının üzvüdür.

Əmək fəaliyyətinə 1995-ci ildə bank sektorunda başlayıb.

1999-2002-ci illərdə özəl sektorda hüquqşünas kimi çalışıb.

2002-2003-cü illərdə İqtisadi İnkişaf Nazirliyində məsləhətçi, 2003-2004-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti vəzifələrində işləyib.

2004-cü il fevralın 20-də iqtisadi inkişaf nazirinin müavini təyin olunub.

2009-cu il martın 6-da Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi təyin edilib.

2013-cü il aprelin 19-dan təhsil naziridir.

Ailəlidir, iki uşağı var.

Qaynar.info