Xəbər lenti

Yeni televiziya açılır
Ölkə13:19 16.04.2013

Yeni televiziya açılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Emin Milli: "Təhlükəsizliyimizi nəzərə alaraq yerlərimizi açıqlamayacağıq”

Bloqçu Emin Milli aprelin 16-da “Media forum” saytına açıqlama verib. O, xaricdə yaşayan azərbaycanlılarla birlikdə yaratdığı və hazırda yayımına hazırlıq görülən, Türkiyənin “Medya” telekanalı ilə yayılacaq “Meydan” TV-dən danışıb.

Emin Milli deyib ki, “Meydan” TV mayın sonlarından peyklə yayımlanacaq: “Qısa müddət ərzində 14 min avro pul yığmışıq. Bütün lazımi avadanlıqları almışıq. May ayının əvvəlində internetdə ilk verilişimiz yayılacaq. Mayın sonunda peyk vasitəsilə efirə çıxacağıq. Bu verilişlər “Medya” TV-də olacaq. Verilişlərin yayımları ilə bağlı detallar dəqiqləşdirilir. Tam məlumat olanda açıqlama verəcəyik”.

Emin Milli qeyd edib ki, hazırda yayım üçün Berlində ofis tutmağa hazırlaşırlar: “Biz bütün səfərləri dayandırmışıq. Çünki avadanlıq almaq üçün kifayət qədər pul yığmışıq. Hazırda ofis axtarırıq. Məsələ bu günlərdə həll olunmalıdır. Təxminən dediyimiz vaxta efirə çıxacağıq. Ofislərimiz dünyanın bir neçə şəhərində olacaq. Bu, klassik televiziya anlamına gəlməsin. Azərbaycanda televiziya dedikdə böyük studiyalar nəzərdə tutulur. Ancaq “Meydan” TV-də belə deyil. Beş-altı nəfər balaca bir studiyada da veriliş hazırlaya bilər. Təhlükəsizliyimizi nəzərə alaraq yerlərimizi açıqlamayacağıq”.

Qaynar.info