Xəbər lenti

Yeni təyin edilən nazir kimdir?
Ekonomiks13:24 06.05.2025

Yeni təyin edilən nazir kimdir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xəbər verdiyimiz kimi, bu gün Kazım Hüseynəliyev Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri təyin edilib.
K.Hüseynəliyev 1987-ci ildə Naxçıvan şəhərində anadan olub. Orta məktəbi Naxçıvan 12 nömrəli tam orta məktəbdə oxuyub.
Azərbaycan Dövlət Neft Akademiyasında Menecment və strateji idarəetmə ixtisası üzrə ali təhsil alıb. 2012-ci ildə əmək fəaliyyətinə başlayıb.
İqtisadiyyat Nazirliyində aparıcı məsləhətçi, sektor müdiri, şöbə müdiri vəzifəsində işləyib. 2024-cü ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.//Modern.az