Xəbər lenti

Yeniyetmə cüdoçularımızdan ilk gündə uğurlu çıxış - 7 medal
İdman19:44 23.04.2022

Yeniyetmə cüdoçularımızdan ilk gündə uğurlu çıxış - 7 medal

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Strasburqda keçirilən Avropa Kubokunda yeniyetmələrdən ibarət milli yığmamız turnirin ilk günündə yüksək nəticə əldə edib
Qaynarinfo xəbər verir ki, 23 aprel 2022-ci il tarixində Fransanın Strasburq şəhərində keçirilən cüdo üzrə Avropa Kubokunun ilk yarış günü yeniyetmə cüdoçularımız komandanın aktivinə 7 medal qazandırıblar.
-50 kq. çəki dərəcəsində yarışan cüdoçularımız Xaliq Məmmədov fransalı rəqibi Elyas Kpadonouya, Məhəmməd Məmişov isə fransalı rəqibi Tiaqo Talonaya qalib gələrək bürünc əldə edib.
-55 kq. çəki dərəcəsində mübarizə aparan idmançımız Məhəmməd Musayev final görüşündə fransalı cüdoçu Dicob Zaçarie ilə qarşılaşıb, görüşün nəticəsində idmançımız gümüş medal qazanıb. Eyni çəki dərəcəsində mübarizə aparan Şahin Oruczadə portuqaliyalı cüdoçu Qonsalo Lampreyanı üstələyərək bürünc medal qazanıb.
 -60 kq. çəki dərəcəsində yarışan idmançımız Nizami İmranov fransalı idmançı Dayyan Boulemtafesə qalib gələrək qızıl medala layiq görülüb.
-66 kq. çəki dərəcəsində yarışan idmançımız Əbil Yusubov almaniyalı rəqibi Adam Toszegiyə qalib gələrək bürünc medala layiq görülüb. Eyni çəki dərəcəsində mübarizə aparan idmançımız Nicat Nağıyev final görüşündə fransalı idmançı Kiliyan Noellə qarşılaşıb, nəticədə idmançımız gümüş medala yiyələnib.
Səbuhi Həsənov