
Təcrübəli futbol mütəxəssisi, keçmiş baş məşqçi Ağasəlim Mircavadov Berti Foqtsun postuna yerli məşqçinin gəlməsini istəyir.
“Qafqazinfo”ya açıqlama verən Mircavadov Berti Foqtsun gedişi haqda bunları deyib: “Açığını desəm, Berti Foqtsun istefa verdiyini sizdən öyrənirəm. Bu barədə xəbərim yox idi. Heç vaxt məşqçilər haqqında pis fikirdə olmamışam. Onların arxasınca danışmamışam. Öz fikridir, belə bir qərar verib. Ancaq Foqts gərək 6 il müddətində Azərbaycan futbolu üçün etdiklərini analiz etsin və bu barədə məlumat versin. Mən onun yerinə yerli məşqçinin gəlməsini istəyirəm. Çünki yerli mütəxəssis futbolçuları daha yaxşı tanıyır. Futbolçularla sıx münasibətdə olan bir mütəxəssis lazımdır”
Qaynar.info