Xəbər lenti

Yevlağın Əkşəm kəndini sel basdı
Ölkə08:51 23.08.2020

Yevlağın Əkşəm kəndini sel basdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yevlağın Əkşəm kəndini sel basıb. 
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, səhər saatlarından etibarən Əkşəm kəndinə yağan aramsız yağış fəsadlar yaradıb. 
Gülövşə- Əkşəm su kanalı, eləcə də kəndin daxili su arxının daşması  selə yol açıb. Kənd arası yolları, həyətləri, məktəbi və digər təsərrüfatları su basıb.
Sel kənd sakini Duman İsmayılovun həyətyanı daş hasarının bir hissəsini də uçurub. Kənd arasında vəziyyətin normallaşdırılması üçün bəzi maşın mexanizmlər cəlb olunub. Qeyd edək ki digər qonşu kəndlərdə də aramsız yağış həyət və təsərrüfatlara ziyan vurub.