Xəbər lenti

Yevlaxda 100-dək çinar ağacı yandı
Ölkə16:51 06.02.2020

Yevlaxda 100-dək çinar ağacı yandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yevlaxda yanğın hadisəsi olub. 
Qaynarinfo "qafqazinfo"ya istinadən xəbər verir ki, yanğın hadisəsi Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun kənarında, Tanrıqullar və Hürüuşağı kəndlərinin aralığında baş verib. Yanğın zamanı yol kənarında 100-ə yaxın ağac yanıb. Güclü yanğın 1 hektara yaxın ərazini əhatə edib. Küləyin təsirindən yanğın ətrafa yayıldığından alovu ram etmək çətinləşib.
Əraziyə yanğınsöndürmə birqadası çağrılıb. Çətnliklə də olsa, yanğın söndürülüb. Hadisə zamanı ərazidə 100-ə yaxın çinar ağacı yanğından ziyan görüb. Onlardan bir neçəsi tamamilə yandığından küləyin təsirindən aşıb. Yanğından zərər görən ağaclar 8-10 il öncə yol kənarına əkilən çinarlardır. Baş verən hadisə ilə bağlı müvafiq qurumlar məlumatlandırılıb.