Millimiz bu gün Millətlər Liqasının qrup mərhələsində növbəti matçını keçirəcək.
Qaynarinfo xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi yığma bu gün Belarusla qarşılaşacaq. Serbiyanın Novi Sad şəhərində baş tutacaq matçı İsveçdən olan hakimlər briqadası idarə edəcək.
Yığmamız qrup mərhələsinin ilk matçında Qazaxıstana 0:2 hesabı ilə məğlub olub. Qrupun digər görüşündə Slovakiya Qazaxıstanı qəbul edəcək.
UEFA Millətlər Liqası, qrup mərhələsi
22.45. Belarus - Azərbaycan
Hakimlər: Məhəmməd Əl-Hakim, Fredrik Kliver, Markus Lundqren Klitte, Qranit Magedonçi (İsveçdəndir)
VAR hakimləri: Andreas Ekberg (İsveç), Rob Dieperink (Niderland)
Serbiya, Novi Sad.
Səbuhi Həsənov