Xəbər lenti

Yığmamız türklərə uduzdu
İdman12:34 18.05.2022

Yığmamız türklərə uduzdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mayın 20-22-də Kosovoda keçiriləcək Avropa çempionatının II təsnifat mərhələsində iştirak edəcək 22 yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını başa vurub.
Qaynarinfo xəbər verir ki, aprelin 29-da Bakıda başlayan hazırlığa Türkiyədə yekun vurulub. 
Baş məşqçi Eldar Əliyevin rəhbərlik etdiyi komanda qardaş ölkədə yerli yığma ilə də gücünü yoxlayıb. "Ay-ulduzlular"la keçirilən 2 görüşdə rəqib qələbə qazanıb. 
20 günlük təlim-məşq toplanışını yekunlaşdıran milli komanda bu gün Türkiyədən birbaşa Kosovoya yollanacaq.
Səbuhi Həsənov