Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova "Vaşaş” klubu ilə növbəti uğuruna imza atıb.
Qaynarinfo xəbər verir ki, yığmamızın blokçusu 2021/2022 mövsümündə MEVZA (Orta Avropa Voleybol Zona Assosiasiyası) turniri və ölkə kubokunu ardınca Macarıstan çempionu tituluna da yiyələnib.
Blokçumuzun şərəfini qoruduğu "Vaşaş" finalda "Bekeşçaba"nı məğlub edib. Abduləzimovanın komandası seriyanın 5-ci matçında 3:0 hesabı ilə qalib gələrək, ümumi hesabda rəqibini qabaqlayıb – 3:2.
Bununla da "Vaşaş” 7-ci dəfə Macarıstan çempionu olub.
Səbuhi Həsənov