Xəbər lenti

Yığmanın böyük məşqçisi: "Bir qızıl artıq qazana bilərdik”
İdman11:26 21.07.2022

Yığmanın böyük məşqçisi: "Bir qızıl artıq qazana bilərdik”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən U-15 Avropa çempionatında tarixi uğura imza atan yunan-Roma güləşi üzrə millimiz vətənə qayıdıb.
Güləş Federasiyasından Qaynarinfo-ya verilən məlumata görə 4 qızıl 3 gümüş və 5 bürünc medalla komanda hesabında Avropa çempionu olan yığmamızı Heydər Əliyev adına Beynəlxalq Aeroportda Güləş Federasiyasının və Gənclər və İdman Nazirliyinin rəsmiləri, məşqçilər və idmançıların ailə üzvləri qarşılayıb.
Əbilfət Məmmədov, milli komandanın böyük məşqçisi:
"Yarışda iştirak edən 13 idmançımızdan 12-si medal qazandı. Komanda hesabında 205 xalla 1-ci yeri tutduq. Bu uğurun səbəbi bizə göstərilən qayğıdır. İdmançılar və məşqçilər adından federasiya rəhbərliyinə minnətdarlığımızı bildiririk. Avropa çempionatına çox yaxşı hazırlaşmış, təlim-məşq toplanışları yüksək səviyyədə keçmişdi. Şükür Allaha, nəticələrimiz də yaxşı oldu. Planlaşdırdığımız nəticəni əldə etdik. Ancaq 1 qızıl artıq qazana bilərdik”.
Turan Daşdəmirov, Avropa çempionu:
"Məşqçilərimizə, üzərimizdə əziyyəti hər kəsə minnətdarlığımı bildirirəm. İnşallah, gələcəkdə də Avropa və dünya çempionu olmaq istəyirəm”
Yusif Əhmədli, Avropa çempionu:
"Yarışda 5 görüş keçirdim. Güclü rəqiblərlə qarşılaşdım. Finalda 0:1 hesabıyla geridə idim. Ancaq daha sonra bolqar rəqibimə "tuşe” ilə qalib gəldim. Bundan sonra hədəfim dünya çempionu olmaqdır”.
Əli Sucayev (38 kq), Turan Daşdəmirov (41 kq), Yusif Əhmədli (57 kq) və Emil Abdullayev (62 kq) qızıl, Səyyad Nağızadə (48 kq), Ayxan Cavadov (52 kq) və Orxan Hacıyev (75 kq) gümüş, Əli Nəzərov (41 kq), Əmrah Əmrahov (44 kq), Cavad Məmmədov (62 kq), Elnur Hüseynov (68 kq) və Mikayıl İsmayılov (85 kq) isə bürünc, medal qazanıb.
Səbuhi Həsənov