Xəbər lenti

Yığmanın lideri siqaret və spirtli içkiyə görə Olimpiadadan uzaqlaşdırıldı
İdman 14:00 19.07.2024

Yığmanın lideri siqaret və spirtli içkiyə görə Olimpiadadan uzaqlaşdırıldı

Yaponiyanın bədii gimnastika komandasının lideri, 19 yaşlı Şoko Miyata milli komandada qayda pozuntusuna görə 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etməyəcək. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Kyodo" məlumat yayıb.

Yaponiyada 20 yaşından siqaret çəkmək və spirtli içki içmək qanunidir. Yaponiya Gimnastika Assosiasiyası mətbuat konfransında bildirib ki, 19 yaşlı Miyata komandanın Monakodakı məşq bazasından Tokioya qayıtdıqdan sonra iyunun sonundan bir dəfə içki içdiyini və bir dəfə siqaret çəkdiyini etiraf edib.

Qeyd edək ki, Miyata 2022-ci il Dünya çempionatında bürünc medal qazanıb. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->