UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək Qazaxıstan - Azərbaycan oyununun hakimləri müəyyənləşib:
Qaynarinfo xəbər verir ki, oyun macarıstanlı hakimlər briqadasına tapşırılıb. Baş hakim funksiyasını İstvan Vad yerinə yetirəcək. Ona meydançanın kənarında Vencel Toth, İstvan Albert edəcək. Dördüncü hakim funksiyasını Ferenc Karako yerinə yetirəcək.
Qarşılaşma iyunun 3-də, saat 18:00-da "Astana Arena"da baş tutacaq.
Səbuhi Həsənov