21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.
Qaynarinfo xəbər verir ki, millimiz səfərdə Avstriyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Rid-innkreys şəhərindəki "Josko Arena”da Bakı vaxtı ilə saat 20:00-da başlayacaq Avstriya - Azərbaycan qarşılaşmasını Belarusdan olan hakimlər briqadası idarə edəcək:
Avropa çempionatı, seçmə mərhələ
20.00. Avstriya - Azərbaycan
Hakimlər: Amine Kurqeli, Yuri Xomçenko, Viktor Getskov, Dördüncü hakim: Denis Şerbakov (Belarus)
Rid-İnnkreys şəhəri, "Josko Arena”
Səbuhi Həsənov