Xəbər lenti

Yığmamız bu gün Belçika ilə qarşılaşır
İdman10:11 18.03.2015

Yığmamız bu gün Belçika ilə qarşılaşır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində Azərbaycan milli komandasının mübarizə aparacağı 4-cü qrupun oyunlarına start veriləcək. 

AFFA-nın mətbuat xidmətindən verilən məlumata görə, Sərhədçi İdman Olimpiya Mərkəzində saat 18:30-da Ukrayna – Danimarka, saat 21:00-da isə Azərbaycan – Belçika oyunu keçiriləcək.

Bu qrupda keçiriləcək oyunlara təyinatları bir daha diqqətinizə çatdırırıq:

Ragadics Ferenc (Macarıstan) – UEFA numayəndəsi

Ryomin Aleksandr (Belarus) – UEFA hakim-inspektoru

Gutierres Lumbreas Fernando (İspaniya) – hakim

Pena Dias Francisco Miguel (İspaniya) – hakim

Onatsu Timo (Finlyandiya) – hakim

Pesko Lukas ( Slovakiya) - hakim

Qaynar.info