
Azərbaycan milli komandasının Avstriyada keçiriləcək təlim-məşq toplanışına dəvət edilən 3 futbolçu – Budaq Nəsirov, Adil Nağıyev və Vüqar Mustafayev əsas yığmada cəmi 4 gün qalacaq.
Qaynarinfo.az xəbər verir ki, hər 3 gənc futbolçu mayın 26-da Andorra ilə yoldaşlıq görüşünün ertəsi günü Avstriyaya qonşu Sloveniyaya gedəcək.
Bu futbolçular mayın 27-dən etibarən 21 yaşadək futbolçulardan ibarət yığmamızın Sloveniyadakı hazırlıq prosesində iştirak edəcəklər.
Qeyd edək ki, onların əsas yığmadan ayrılmasından sonra millinin düşərgəsində 26 futbolçu qalacaq.
Qaynarinfo.az