UEFA Millətlər Liqasında yığmamızın qrupdakı sonuncu rəqibi müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, Qazaxıstan və Moldova arasında baş tutan qarşılaşmanın qalibi penaltilər seriyasında bilinib. Belə ki, iki oyunun nəticəsinə görə penaltilərə qədər uzanan görüşdə zərbələri daha dəqiq yerinə yetirən Qazaxıstan millisi rəqibini mübarizədən kənarlaşdırıb.
Qazaxıstan bu nəticədən sonra C Liqasında qalaraq 3-cü qrupda millimizin rəqiblərindən biri olub. Yığmamız bu qrupda Qazaxıstanla yanaşı Belarus və Slovakiya ilə mübarizə aparacaq.
İlk oyun isə iyunun 3-də qazaxlara qarşı olacaq.
Səbuhi Həsənov