Xəbər lenti

Yığmamızın sabiq alman məşqçisi Azərbaycandan danışdı: "Möhtəşəm nəticədir"
İdman11:13 14.05.2016

Yığmamızın sabiq alman məşqçisi Azərbaycandan danışdı: "Möhtəşəm nəticədir"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Vaxtı ilə Azərbaycanın 17 yaşadək futbol komandasını (U-17) çalışdırmış almaniyalı baş məşqçi Oliver Pelzer Hindistanda müsahibə verib.

Qaynarinfo.az xəbər verir ki, Azərbaycandan ayrıldıqdan sonra Hindistanın U-17 komandasını çalışdıran Pelzer bu ölkədə infrastrukturun zəif olmasın, meydançaların durumundan şikayətlənib.

Pelzer həmçinin yerli məşqçilərdən narazılığını bildirib. O, hindli məşqçilərin oyunlara baxmağa gəlmədiyini söyləyib: "Əgər mən futbol məşqçiliyi ilə maraqlanan hindli olsaydım və ya məşqçilik lisenziyam olsaydı, onda bu matçları görməyə gələrdim. Gəlin, görün bu matçları, öyrənin, intensivliyi və sürəti görün. Mən Azərbaycanda məşqçilər şöbəsinin rəhbəri idim, ancaq burda mənim vəzifəm belə deyil. Hamımız nə etməli olduğumuzu bilirik. Hindistan iri ölkədir. Futbolla maraqlanan və məşqçilik lisenziyası olan hər kəs oyunlara gəlməli və baxmalıdır".

Alman çalışdırıcı sabiq komandası, hazırda Təbriz Həsənovun çalışdırdığı Azərbaycan U-17-nin inkişafda olduğunu bildirib. O, Bakıda keçirilən U-17-lərin turnirində millimizin 4 xal toplamasını inkşaf göstəricisi kimi qiymətləndirib: "Azərbaycan Şotlandiyaya 1:0 qalib gəldi, onlar Belçika ilə heç-heçə etdi və Portuqaliyaya 0:5 uduzdular. UEFA turnirinin final mərhələsində 4 xalı ancaq inkişafda olan ölkə toplaya bilər. Onları hamı gözdən çıxarmışdı, çünki portuqallara böyük hesabla uduzmuşdular. Lakin onlar bu matçdan sonra 4 xal qazandılar ki, bu da möhtəşəm nəticədir".

Qeyd edək ki, Hindistan U-17-də Oliver Pelzerlə yanaşı azərbaycanlı məşqçi Etibar İbrahimov da çalışır.

Qaynarinfo.az