Bakıda Azərbaycan və Belarusun 21 yaşadək futbolçulardan ibarət yığmaları arasında baş tutacaq yoldaşlıq matçının hakimləri müəyyənləşib.
Qaynarinfo AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüşü yerli hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın əsas hakimi FIFA referisi Əliyar Ağayev olacaq. Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli yardımçı olacaq. Nicat İsmayıllı isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Martın 29-da "Bakcell Arena”da keçiriləcək qarşılaşma saat 19:00-da başlanacaq.
Səbuhi Həsənov