Xəbər lenti

Yoahim Löv "Fənərbaxça"ya gəlir
İdman09:15 18.07.2014

Yoahim Löv "Fənərbaxça"ya gəlir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

24 ildən sonra Almaniyanı dünya çempionu edən "Fənərbaxça"nın keçmiş baş məşqçisi Yohaim Löv Türkiyəyə gələcəyi xəbəri yayılıb. Fanat.az xəbər verir ki, bu barədə məlumatı Türkiyəyə mətbuatı yayıb.

Məlumatda qeyd edilir ki, çempionluq sonrası Löv yaxın dostu İsmayıl Qartala zəng edərək "Başqan Əziz Yıldırıma salamlarımı söylə" deyib: "Sentyabr ayında Avropa çempionatının seçmə mərhələsində oyunlarımız var, maçları bitirdikdən sonra Türkiyəyə gəlib, Əziz Yıldırım və sizi ziyarət edəcəyəm".

Xatırladaq ki, Löv ötən illərdə də "Fənərbaxça"nı ziyarət etmiş, Aykut Kocaman dövründə isə "sarı-lacivərdlilər"in məşqçiləri Almaniya milli komandasının məşqlər etmişdilər.

Qaynar.info