Xəbər lenti

Yol polisi qəza törətdi: bir qadın xəsarət aldı
Ölkə05:17 09.06.2013

Yol polisi qəza törətdi: bir qadın xəsarət aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gecə saat bir radələrində Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Qəzanı törədən bu dəfə yol polisi əməkdaşı olub.

Hadisə şahidlərinin verdiyi məlumata görə, 10 YP 359 nömrəli YPX avtomobili 4-cü mikrorayon dairəsi kimi tanınan ərazidə, hansısa avtomobilin arxasınca sürətlə hərəkət edərkən, əsas yolu gözləməyib və nəticədə qəza baş verib.

Məlumata görə, polis maşını 90 EM 292 dövlət nömrə nişanlı "Mercedes” markalı avtomobillə toqquşub. Nəticədə "Mercedes”dəki sərnişinlərdən biri xəsarət alıb. // Aznews