Xəbər lenti

Yol polisi sürücüləri qova biləcək - Dəyişiklik qəbul olundu
Ölkə10:02 18.04.2014

Yol polisi sürücüləri qova biləcək - Dəyişiklik qəbul olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Parlamentin bugünkü iclasında “Yol hərəkəti haqqında” Qanuna dəyişiklik edilməsi ilə bağlı qanun müzakirə edilib. 

"Qafqazinfo" xəbər verir ki, qanuna təklif edilən dəyişikliklə bağlı Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli çıxış edib. 

Nəqliyyat vasitəsinin qanunsuz ələ keçirilməsi (qaçırılması)  və ya sürücünün cinayət törətməkdə şübhəli olması barədə dəqiq məlumat daxil olduqda  yaxud nəqliyyat vasitəsinin  sürücüsü öz hərəkətləri ilə bağlı insan həyatına və sağlamlığına real təhlükə yaratdıqda, nəqliyyat vasitəsi təhlükəzilik şərtlərinə əməl edilməklə və müvafiq icra hakimiyyəti  orqanının yuxarı vəzifəli şəxsinə radio-cihaz vasitəsilə məlumat verməklə təqib edilə bilər. Həmin nəqliyyat vasitəsinin dayandırılmasına başqa imkan olmadıqda isə bu məqsədlə məcburi dayandırlma vasitələrindən istifadə edilə bilər.

Qanuna təklif edilən dəyişiklik səsvermə nəticəsində qəbul edilib.

Qaynar.info