Xəbər lenti

Yol polisləri ilə sürücü arasında əlbəyaxa - VİDEO
12:20 05.03.2015

Yol polisləri ilə sürücü arasında əlbəyaxa - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Nizami rayonunda yerləşən «Planet» şadlıq sarayının yanında Dövlət Yol Polisləri vətəndaşa qarşı növbəti kobudluq ediblər.
Hadisə şahidlərinin faktxeber.com-a dediklərinə görə, DYP əməkdaşları 99 CB 449 dövlət nömrə nişanlı maşını saxlayaraq sürücüyə güc tətbiq ediblər. Daha sonra onu maşına zorla mindiriblər. Polisin bu hərəkətinə vətəndaşın etiraz etməsi heç bir fayda verməyib.
Qeyd edək ki, hadisə yolda uzun tıxacın yaranmasına səbəb olub. İnsidentin səbəbi hələ bəlli deyil. Həmin görüntüləri təqdim edirik:
Qaynar.info

Oxşar xəbərlər