Xəbər lenti

Yol polisləri üçün yeni "Mercedes" avtomobilləri gətirildi (VİDEO)
Ölkə07:12 20.08.2018

Yol polisləri üçün yeni "Mercedes" avtomobilləri gətirildi (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda yol polislərinə yeni xidməti avtomobillər veriləcək. 
Yol polislərinə veriləcək avtomobillər "Mercedes C-klass” modelidir. Həmin avtomobillər artıq paytaxta gətirilib. 
Həmin avtomobillər ilk öncə Bakı şəhəri Yol Polisi İdarəsinə veriləcək. Məsələ ilə əlaqədar Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsilə əlaqə saxladıq. Qurumun ictimai əlaqələr bölməsinin rəisi Vaqif Əsədov BAKU.WS-ə açıqlamasında bildirib ki, hələlik həmin avtomobillərin verilməsi barədə xəbərsizdir.
"Açığı hələlik mənə həmin maşınlarla bağlı məlumat verməyiblər. Əgər gətirilibsə, onda qarajda olacaq. Əməkdaşlarımıza hələlik təqdim edilməyib”, - deyə qurum rəsmisi bildirib.