Prezident İlham Əliyev Beyləqan rayonunun Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Qaynarinfo xəbər verir ki, dövlət başçısı 22 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən yolun tikintisi məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 18,04 milyon manat ayırıb.