Xəbər lenti

Yol tikintisinə 4,6 milyon manat ayrıldı
Ekonomiks14:08 29.08.2018

Yol tikintisinə 4,6 milyon manat ayrıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident İlham Əliyev Zərdab rayonunun Ucar-Zərdab-Ağcabədi (21 km)-Birinci Alıcanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Qaynarinfo xəbər verir ki, sərəncama əsasən iki min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən yolun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.