Xəbər lenti

Yol tikintisinə 8,5 milyon manat ayrıldı
Ekonomiks11:58 04.04.2019

Yol tikintisinə 8,5 milyon manat ayrıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident İlham Əliyev Daşkəsən rayonunun Gəncə–Daşkəsən (27 km)–Quşçu–Çovdar–Çaykənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Qaynarinfo xəbər verir ki, sərəncamla üç min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Gəncə–Daşkəsən (27 km)–Quşçu–Çovdar–Çaykənd avtomobil yolunun tikintisi məqsədilə 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8,5 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.