Xəbər lenti

Yolu gölə çevirən su kəməri ilə bağlı cəzalandırılanlar var?
Ekonomiks 10:57 18.10.2022

Yolu gölə çevirən su kəməri ilə bağlı cəzalandırılanlar var?

Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonundan keçən hissəsində baş vermiş qəza ərazisində işlər bu gün yekunlaşacaq.

"Azərsu” ASC-dən Qaynarinfo-ya verilən məlumata görə, kəmərdə baş vermiş qəzanın baş verdiyi hissəni su çəkildikdən sonra müəyyənləşdirmək mümkün olub. 

Hazırda həmin hissədə qaynaq-bərkitmə işləri gedir və işlər bu gün axşama kimi tam yekunlaşdırılacaq. 

Baş verən qəzaya görə "Azərsu”nun hər hansı bir vəzifəli şəxsinə qarşı inzibati tənbeh tədbiri seçilməyib: "Buna ehtiyac yoxdur. Bu cür qəza hadisələri qaçılmazdır. Amma belə halların baş verməməsi üçün də tədbirlər görülür”. 

Qeyd edək ki, iki gün əvvəl Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonundan keçən hissəsində baş vermiş qəza nəticəsində ətraf ərazilərlə yanaşı, Bakı-Qazax avtomagistralını da su basmışdı.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->