Ölkə 17:50 13.11.2022

Yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 33 yeni yoluxma faktı qeydə alınıb, 42 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, analiz nəticələri müsbət çıxan 2 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 823 721 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 570 nəfər müalicə olunaraq sağalıb, hazırda 188 aktiv xəstə var. Bu günə qədər 9 963 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 390, bu günə qədər isə ümumilikdə 7 344 397 test icra olunub.

Ötən gündə koronavirus əleyhinə 424 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 103, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 96, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 190, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 35 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 915 808, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 391 163, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 872 443, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 388 791, pozitiv nəticədən sonra buster doza olunanların sayı 263 411 təşkil edir.