Xəbər lenti

Yük maşını mikroavtobusu əzdi: ölən var - FOTO
Ölkə05:58 05.11.2013

Yük maşını mikroavtobusu əzdi: ölən var - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et


Ötən gecə Ələt-Astara yolunun 63-cü km-də, Salyan rayonunun Marışlı kəndindən keçən hissəsində 2 nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, qəza 34 yaşlı Əliyev Kamil Əmrəli oğlunun idarə etdiyi mişar daşıyla dolu “MAZ” markalı yük maşını ilə Hüseyn Abbasovun idarə etdiyi “Volkswagen” markalı mikroavtobusun toqquşması nəticəsində baş verib.

Qəza nəticəsində “Volkswagen”in sürücüsü və qadın sərnişin Natella Quliyeva hadisə yerində dünyasını dəyişib. Yük maşınının sürücüsü və miktoavtobusun sərnişinləri 23 yaşlı Əkrəmova Xanım Elman qızı və 31 yaşlı Abdullyev Aqil Ayaz oğlu müxtəlif bədən xəsarətləri ilə Salyan MRX-nın tarvmatologiya şöbəsinə yerləşdiriliblər.

Xəstəxanadan ANS-in Cəlilabad bürosuna verilən məlumata görə, xəstələrdən Xanım Əkrəmovanın vəziyyəti xüsusilə ağırdır.

Faktla bağlı araşdırma başladılıb. Qəzanın dəqiq səbəbləri təyin edilmiş avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.


Qaynar.info