Xəbər lenti

Yunan futbolçu meydanda ürəktutmasından öldü
İdman07:53 03.02.2022

Yunan futbolçu meydanda ürəktutmasından öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yunanıstanlı futbolçu Aleksandros Lampis dünyasını dəyişib.
Qaynarinfo xəbər verir ki, Yunanıstan 2-ci Liqasının komandalarından olan "İlioupoli"də çıxış edən 22 yaşlı Aleksandros Lampis "Ermionida” ilə matçın 5-ci dəqiqəsində meydanda infarkt keçirib. Hadisədən dərhal sonra həkimlər yerə yıxılan gənc futbolçuya müdaxilə etsə də o, xilas ola bilməyib.
Gənc futbolçunun ailəsi isə onun ölümündə təcili yardım avtomobilindəki həkimləri günahlandırıb. Futbolçunu yaxınları avtomobilin gec gəldiyini və defibrilatorun (ritmi pozulmuş ürəyə yüksək qiymətli elektrik cərəyanı verən tibbi cihaz) olmaması üzündən övladlarını itirdiklərini bildiriblər. Onlar məhkəmə prosesinə gedəcəklərini açıqlayıb.
Yunanıstan futbol komandaları Lampis üçün başsağlığı mesajı yayıb.
 
Səbuhi Həsənov