Xəbər lenti

Yunan-Roma güləşçilərimiz 6 medal qazandı - "Bakı-2015"
İdman16:43 14.06.2015

Yunan-Roma güləşçilərimiz 6 medal qazandı - "Bakı-2015"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün "Bakı-2015" I Avropa Oyunlarında yunan-Roma güləşçilərinin mübarizəsinə yekun vurulub. Qaynar.info xəbər verir ki, ikinci yarış günündə çəkisi 66, 75, 85 və 130 kq olan pəhləvanlar münasibətlərinə aydınlıq gətirib.
Yığmamız bu gün də bütün çəki dərəcəsində təmsil olunub. Elvin Mürsəliyev (75 kq) qızıl, Sabah Şəriəti (130 kq) gümüş, Həsən Əliyev (66 kq) bürünc medal qazanıb. İlk gündə isı Rəsul Çunayev (71 kq) qızıl, Rafiq Hüseynov (80 kq) gümüş və Elman Muxtarov (59 kq) bürünc medala sahib çıxmışdı.
Qaynar.info