Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı davam edir.
Qaynarinfo xəbər verir ki, beşinci yarış günündə 55, 63, 77, 87 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaq. Təmsilçilərimizdən 1/8 final mərhələsində Elmir Əliyev iranlı Əmirrza Dehbozorgi, Ziya Babaşov rusiyalı Səid Bakayev, Sərxan Məmmədov isə iranlı Əmirməhəmməd Bayatla güləşəcək.
İki güləşçimiz isə təsnifat mərhələsindən başlayacaq. Elcan Məmmədov polşalı Konrad Kozlovski, Laçın Vəliyev isə serbiyalı Mario Vukoviçlə mübarizə aparacaq.
55 kq
1/8 final: Elmir Əliyev - Əmirrza Dehbozorgi (İran)
63 kq
1/8 final: Ziya Babaşov - Səid Bakayev (Rusiya)
77 kq
Təsnifat: Elcan Məmmədov - Konrad Kozlovski (Polşa)
87 kq
Təsnifat: Laçın Vəliyev - Mario Vukoviç (Serbiya)
130 kq
1/8 final: Sərxan Məmmədov - Əmirməhəmməd Bayat (İran)
Səbuhi Həsənov