Xəbər lenti

Yunanıstan səfəri öncəsi "Qarabağ"a şad xəbər
İdman13:32 31.10.2016

Yunanıstan səfəri öncəsi "Qarabağ"a şad xəbər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində qarşılaşacağı Yunanıstan PAOK-u ilə oyuna hazırlığı davam etdirir. 

Qaynarinfo.Az xəbər verir ki, Ağdam klubunun son dövrlər zədəli olan aparıcı futbolçuları - ispan Miqel Madera (Miçel) və Reynaldo da artıq sıraya dönüb.

Onlar 2 gündür ki, komanda ilə birgə məşq edirlər. Böyük ehtimalla, hər iki futbolçu noyabrın 3-də Salonikidə keçiriləcək oyunda meydana çıxacaq.

Qaynarinfo.Az